Şirvana bir milyon manat ayrıldı
Bizi izləyin

Qırmızı.az

Şirvana bir milyon manat ayrıldı

Prezident İlham Əliyev Şirvan şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sənəddə bildirilir ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurla yerinə yetirilməsi sahəsində Şirvan şəhərində əsaslı infrastruktur layihələri yerinə yetirilmiş, o cümlədən şəhərin su və kanalizasiya sistemi yenidən qurulmuş, "Cənub" İstilik Elektrik Stansiyası inşa edilmiş, Olimpiya İdman Kompleksi, Müalicə Diaqnostika Mərkəzi, təhsil, mədəniyyət və digər sosial yönümlü obyektlər istifadəyə verilmiş, avtomobil yolları çəkilmiş, genişmiqyaslı abadlıq-quruculuq işləri aparılmış, sakinlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində bir sıra tədbirlər görülmüşdür.

Sərəncama əsasən, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda Şirvan şəhəri üzrə nəzərdə tutulmuş əlavə tədbirlərin həyata keçirilməsi, o cümlədən şəhərin Bayramlı qəsəbəsində inşa edilən 2 mərtəbəli 12 mənzilli yaşayış binasının tikintisinin başa çatdırılması məqsədi ilə Şirvan Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 1,0 (bir) milyon manat ayrılır.

Maliyyə Nazirliyinə həmin məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm