Səfirdən təyyarə açıqlaması
Bizi izləyin

Qırmızı.az

Səfirdən təyyarə açıqlaması

Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko 298 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzasına münasibət açıqlayıb.

ANS TV-nin məlumatına görə, o, deyib ki, bu separatçıların işidir və rəsmi Kiyev bununla barışmayacaq. Hadisələrin hansı şəkildə davamından asılı olmayaraq Ukrayna höküməti separatçılarla birbaşa danışıqlara getməyəcək.

Aleksandr Mişenkonun sözlərinə görə, bizim təhlükəsizlik xidməti təyyarənin separatçılar tərəfindən vurulmasına dair sübutlar əldə edib: “Onlar bu təyyarənin Ukraynaya məxsus olduğunu güman edərək vurublar. Mülki təyyarənin vurulması onu göstərir ki, bu quldur birləşmələri həddini aşıb. Hadisədən sonra nə Ukrayna höküməti, nə də dünya birliyi onların heç bir hərəkətinə haqq qazandırmayacaq. Prezident Petro Poroşenko artıq beynəlxalq ekspertlər qrupun ölkəyə dəvət edib ki, hadisələrin gedişatı barədə düzgün məlumatlandırılaraq onların hərəkətlərinə son qoymaqda Ukrayna hakimiyyətinə dəstək olsunlar”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm