Zakir Həsənov kollegiya iclası keçirdi
Bizi izləyin

Qırmızı.az

Zakir Həsənov kollegiya iclası keçirdi

İyulun 18-də Müdafiə Nazirliyində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin rəhbər heyətilə 2014-cü ilin qış tədris dövrünün yekunlarına həsr olunmuş Kollegiya iclası keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, toplantıda müdafiə nazirinin müavinləri, Silahlı Qüvvələrin növləri və qoşun qismləri komandanları, Müdafiə Nazirliyinin baş idarə, idarə və müstəqil xidmət rəisləri, birlik komandirləri, qərargah rəisləri və digər məsul zabitlər iştirak edib. Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən orduda aparılan islahatlar, müdafiənin ön xəttinin möhkəmləndirilməsi, hərbi hissələrin müasir zirehli texnikalarla komplektləşdirilməsi, onların döyüşə hazırlıq vəziyyəti, hərbi qulluqçuların mənəvi-psixoloji hazırlığı, nizam-intizamın gücləndirilməsi, sosial-məişət şəraitlərinin daha da yaxşılaşdırılması sahəsində görülən işlər haqqında geniş məruzə ilə çıxış edib.

Kollegiya iclasında hesabat dövründə istiqamətlər üzrə görülən fəaliyyətlərlə bağlı vəzifəli şəxslərin məruzələri dinlənilib və müvafiq tapşırıqlar verilib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Müdafiə Məsələləri üzrə köməkçisi xidmətinin baş məsləhətçisi general-mayor Rəhman Quliyev iştirak edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm