Azərbaycanda 15 yaşı olmamış 5 min qız ərə gedib - ŞOK
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda 15 yaşı olmamış 5 min qız ərə gedib - ŞOK

“UNİSEF-in araşdırmasına əsasən Azərbaycanda 1 il ərzində təxminən 5 min 15 yaşadək qız ərə gedib.

Bu faktı "Sexual abuse of children" (uşaqların cinsəl sui-istifadəsi) adlandıran və bununla bağlı şərh istəyən Avropalı deputata bizim hökumət deyib ki, bu uşaqların sui-istifadəsi deyil, çünki onlar ailə həyatı qurublar? AzVision.az-ın məlumatına görə, bu barədə tanınmış hüquqşünas Rəşid Hacılı Facebook sosial şəbəkəsində yazıb.

R.Hacılının sözlərinə görə, hökumət əlavə edib ki, bu, Bakıdan uzaq kənd rayonlarında baş verir və hökumət bunun qarşısını ala bilmir.

Nikah yaşını 18 yaş müəyyən edən və azyaşlıların cinsəl hüuqlarının pozulmasını cinayət sayan hökumət Avropalı deputata etiraf edib ki, onun qanunlarına Bakıdan o tərəfdə əməl etmirlər.

Həm də bəlli olub ki, "Sexual abuse of children" (uşaqların cinsəl haqlarının pozulması) deyəndə bizim hökumət rəsmilərimiz bunu "uşaqların cinsəl istismarı" kimi anlayırmış.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm