Tərtərdə camış əməliyyatı
Bizi izləyin

Qırmızı.az

Tərtərdə camış əməliyyatı

Tərtər rayonunun Hacıqərvənd kəndində su kanalına düşən camış boğularaq ölüb.

ANS PRESS-in xəbərinə görə, bu barədə məlumatı FHN mətbuat mərkəzi yayıb.

Məlumata görə, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, camış 2 metr dərinliyi olan su kanalına düşərək ölüb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə camışın cəsədini sudan çıxarıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm