Kəmaləddin Heydərov Xızıda vətəndaşları qəbul edəcək
Bizi izləyin

Qırmızı.az

Kəmaləddin Heydərov Xızıda vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov tərəfindən iyulun 22-də saat 12:00-dan Xızı şəhərində vətəndaşların qəbulu keçiriləcək.

Publika.az nazirliyin saytına istinadən xəbər verir ki, qəbulda yalnız Sumqayıt şəhərinin, Abşeron və Xızı rayonlarının sakinləri, habelə həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Xızı şəhəri, Rafiq İsmayılov adına tam orta məktəbin binasında (ünvan: Bəşir Səfəroğlu küçəsi, 1) 21 iyul 2014-cü il tarixində saat 09:00-dan başlayacaqdır.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə:

tel: +994 (12) 512-01-14

e-mail: [email protected]

Oxumağa davam et
Reklam
Reklam

Gündəm