Bakıda 14 yaşlı yeniyetmə cinayət törətdi
Bizi izləyin

Qırmızı.az

Bakıda 14 yaşlı yeniyetmə cinayət törətdi

Binəqədi rayonunda mənzildən və avtomobildən pul oğurlanıb.

Binəqədi Rayon Polis İdarəsindən Publika.az-a verilən xəbərə görə, cinayətdə şübhəli bilinən 14 yaşlı Şahmurad Xudaverdiyev saxlanılıb. O, rayonun Rəsulzadə qəsəbəsində yaşayan yaxın qohumu Leyla Əfəndiyevanın evdə olmamasından istifadə edib mənzilindən 216 manat oğurlayıb.

Polis onun ətrafında əməliyyat tədbirləri keçirərkən Şahmurad Xudaverdiyevin Xutor qəsəbəsində “Mersedess” markalı avtomobildən də 160 manat pul və naviqator oğurladığını müəyyən edib.

Əməlini etiraf edən yeniyetmə imkansızlıqdan bu cinayətləri törətdiyini bildirib. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm