Qırmızı.az
İt İran avtobusunda heroin tapdı
Sərnişin avtobusunda heroin aşkarlanıb.
Publika.az-ın Dövlət Gömrük Komitəsinə istinadla verdiyi məlumata
görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda
İrandan Azərbaycana gələn İran vətəndaşı Hamdanı Ghoujehbıglou
Sıamak Akbar oğlunun idarə etdiyi “Scania” markalı sərnişin
avtobusuna xidməti itin tətbiqi ilə baxış keçirilib. Baxış zamanı,
xidməti itin reaksiyasına əsasən oturacaqlardan birində, bir ədəd
bükümdə xalis çəkisi 19,667 qram olan narkotik vasitə - heroin
aşkar edilib.
Adıçəkilən sürücü şifahi izahatında bildirib ki, həmin maddə ona
məxsus deyil, məsələdən xəbərsizdir və həmin maddənin aşkar
edildiyi oturacaqda sərnişin Mahmud Vəliyev əyləşib. Sürücü qeyd
edib ki, sərnişin özünü şübhəli aparırmış.
Bundan sonra M.Vəliyev bir ədəd bükümdə olan narkotik vasitənin ona
məxsus olduğunu və özünün gizlətdiyini etiraf edib.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK