Beynəlxalq Qurumlar və yerli gənclər təşkilatları arasında əməkdaşlıq gücləndiriləcək
Bizi izləyin

Qırmızı.az

Beynəlxalq Qurumlar və yerli gənclər təşkilatları arasında əməkdaşlıq gücləndiriləcək

Beynəlxalq Qurumlar və yerli gənclər təşkilatları arasında əməkdaşlıq gücləndiriləcək

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən Avropa Gənclər Forumunun üzvü olan Beynəlxalq Təşkilatların və Avropa ölkələrinin Milli Şuralarının Azərbaycana səfəri başa çatıb.

Publika.Az-ın verdiyi xəbərə görə, səfərin məqsədi Avropa Gənclər Forumuna üzv olan beynəlxalq gənclər təşkilatları və Azərbaycanın gənclər təşkilatları arasında və həmçinin Avropa ölkələrinin Milli Şuraları ilə ARGTMŞ arasında əlaqələri genişləndirmək,

üzv təşkilatların beynəlxalq gənclər təşkilatları vasitəsi ilə beynəlxalq arenada Azərbaycanı təmsilini gücləndirməkdir.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikası Prezidenti yanından Gənclər Fondunun dəstəyi ilə keçirilən səfər çərçivəsində, qonaqlar ilk olaraq Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə İş üzrə şöbə müdiri İndira Haciyeva ilə görüşüb. Görüş çərçivəsində Nazirliklə gənclər təşkilatları arasındakı əməkdaşlıqdan, Azərbaycanda gənclər siyasəti, və “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı haqqında geniş məlumat verilib.

Bundan sonra isə qonaqlara AR Prezidenti yanında Gənclər Fondunun və ARGTMŞ-nin təqdimatları olub. Təqdimatlardan sonra Gürcüstan, Moldova, Macarıstan, Rusiya və Ukrayna Gənclər Təşkilatları Milli Şuraları ilə ARGTMŞ arasında əməkdaşlıq görüşləri keçirilib, Milli Şura sədrlərinə ARGTMŞ-nın fəaliyyəti haqqında geniş məlumat verilib.

Həmçinin beynəlxalq təşkilatların nümayəndələri ARGTMŞ-nin üzv təşkilatları ilə görüşüb. Görüş zamanı Avropanın Gənc Sahibkarlarının Milli Assosiasiyası ilə “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi arasında, Skautlar Hərəkatı üzrə Dünya Təşkilatı ilə Azərbaycan Skautlar Assosiyasiyası arasında əməkdaşlıqla bağlı xüsusi görüşlər keçirilib.

Görüşlər zamanı Avropa Şurasının Məşvərətçi komitəsinin üzvləri olan Macarıstan Milli Şurası, Skautlar Hərəkatı üzrə Dünya Təşkilatı , Avropa Təhsil mübadiləsi və ARGTMŞ arasında komitənin 2014-2015 ci il fəaliyyəti ilə bağlı müzakirələr keçirilib.

Səfər çərçivəsində qonaqlar həmçinin 2016-cı ildə Avropa Gənclər paytaxtı seçilən Gəncə şəhərində olublar. Bu zaman qonaqlar Gəncə Şəhər İcra Hakimiyyətinin birinci müavini və Gəncə Avropa Gənclər Paytaxtı 2016-cı il yerli komitəsi ilə görüş keçirib və qonaqlara komitə tərəfindən Gəncə Avropa Gənclər Paytaxtı 2016-cı illə bağlı təqdimatı olub. Həmçinin qonaqlar tikilməkdə olan Gəncə Gənclər Mərkəzi və Mərkəzin gənclər üçün ayrılan imkanları ilə tanış olub. Gəncədən sonra isə qonaqlar Mingəçevir şəhərinə gedib və orada fəaliyyət göstərən Gənclər Evi ilə tanışlıq görüşü keçiriblər.

Qeyd edək ki, bu səfər son altı ay ərzində ARGTMŞ tərəfindən Avropa Gənclər Forumuna üzv olan gənclər təkilatlarının və Avropa Ölkələrinin Milli Şuralarının ölkəmizə olan ikinci rəsmi səfəridir.

Bu səfərlər çərçivəsində 20-dən çox beynəlxalq təşkilatlar və Avropa ölkələrinin Milli Şuraları Azərbaycanda gənclər siyasəti və bu siyasət çərçivəsində ARGTMŞ-nın fəaliyyəti ilə məlumat əldə ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm