• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Kəsilən əti dərhal yeməyin

Kəsilən əti dərhal yeməyin

"İri və xırdabuynuzlu heyvanların əti kəsilən kimi yeyilməməlidir. Çünki ət bir müddət özünə gəlməlidir. Xalq dili ilə desək ət yetişməlidir. Müsbət 4-8 dərəcə temperaturda 12-24 saat saxlandıqdan sonra yeyilməlidir. Əlbəttə, bu hökm deyil, sadəcə bu müddətdən sonra yeyilməsi daha məqsədəuyğun hesab edilir".

Bu sözləri Publika.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin Qidalanma və gigiyena şöbəsinin müdiri İbrahim Əhmədov deyib.

Onun sözlərinə görə, ət kəsildikdən bir müddət sonra onun tərkibində kimyəvi reaksiyalar baş verir, süd turşusu klikogenə parçalanır, ətə yumşaqlıq, şirinlik verir:

“Bu zaman ət daha tez bişir və mədədə rahat həzm edilir. Uzun müddət ət bu cür yetişmədən yeyiləndə qastrit, mədə yarası, öd daşı xəstəliklərinə səbəb ola bilir.

Kəsilmiş heyvanın əti qısa müddətdə yeyilməsi planlaşdırılsa, o zaman azı yarım saat açıq havada saxlana bilər. Uzun müddət saxlamaq istəyirlərsə, mənfi 18-24 dərəcəyə qoyulmalıdır. Iki-üç günlük saxlanılan ətin yetişməsi üçün müsbət 4-8 dərəcədə saxlana bilər. Amma yayda isti temperaturda iki saatdan artıq açıq havada saxlandıqda ət iylənə bilər. Xüsusən yayda istirahətə gedən insanlar ət kəsilən kimi kabab edib yeyilməsi düzgün deyil. Heyvan kəsilən kimi daxili orqanları yeyilə bilər. Lakin ətinin yeyilməsi üçün 2 saat açıq havada saxlamaq lazımdır. Heyvan kəsildikdən sonra doğranıb, kabab üçün hazırlanarkən lazım olan vaxt tamam olur”.

İ.Əhmədovun sözlərinə görə, ət kəsim məntəqələrində isə açıq havada uzun müddət saxlanması düzgün deyil.

“Ət kəsilən kimi soyuducuya qoyulmalıdır. Yalnız kiçik bir hissəsini nümunə üçün soyuducu vitrində saxlana bilər. Xüsusən yayda ətin açıq havada saxlanması ilk növbədə onun rəngini dəyişir. Bu zaman mikroblar sürətlə inkişaf edir, fermetlərdə, üzvü turşularda parçalanma gedir. Bu da mədə-bağırsaqda pozuntulara, zəhərlənməyə səbəb ola bilər”.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR