TQDK-dan son xəbərdarlıq
Bizi izləyin

Qırmızı.az

TQDK-dan son xəbərdarlıq

TQDK sabah II və III ixtisas qruplarının abituriyentləri (cari ilin məzunları) üçün qəbul imtahanı keçirəcək. Komissiyadan ANS PRESS-ə verilən məlumata görə, abituriyentlər imtahana gələn zaman tələb olunan bütün sənədləri özləri ilə birilkdə gətirməlidirlər:

İmtahana gələrkən "imtahana buraxılış vərəqi" və şəxsiyyət vəsiqənizin əslini mütləq gətirməlisiniz.

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.

İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.
İmtahan başa çatan kimi dərhal TQDK-nın səhifəsində test tapşırıqlarının düzgün cavabları sizə təqdim olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm