• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Tərtərdə qəza: 1 hərbçi öldü

Tərtərdə qəza: 1 hərbçi öldü

Tərtərin Hüsənli kəndi ərazisində 1 nəfərin ölümü, 3 nəfərin isə ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, qəzaya düşənlər Azərbaycan ordusunun hərbçiləridir.

Müddətdən artıq xidmət edən hərbiçi (MAXE) 1993-cü il təvəllüdlü Əhlimanlı Koroğlu Elman oğlunun idarə etdiyi "VAZ 2107" markalı minik maşınının aşması nəticəsində, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala Rayon Şöbəsindən hərbi xidmətə çağırılan 1990-cı il təvəllüdlü leytenant Anar İlham oğlu Əsgərzadə dünyasını dəyişib, maşında olan digər MAXE-lər Rəfizadə Nurlan Rəfael oğlu və Bəylərov Emin Nuqay oğlu sürücü ilə birlikdə ağır xəsarət alıblar.

Yaralılar Tərtər Rayon Hərbi Hospitalına çatdırılıb. Dünyasını dəyişən zabit Əsgərzadənin meyiti isə Tərtər Rayon Mərkəzi Xəstəxanasının morquna aparılıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR