Paytaxta gələn yük maşını aşdı
Bizi izləyin

Qırmızı.az

Paytaxta gələn yük maşını aşdı

Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Paytaxt istiqamətində hərəkət edən meyvə-tərəvəzlə dolu yük maşını idarəetməni itirərək aşıb. Nəticədə, magistral yolda tıxac yaranıb. Hadisə yerinə Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub. Hazırda qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər görülür. Hadisə ilə bağlı araşdırma aparılır. /ANS PRESS/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm