Moskvada azərbaycanlı jurnalist öldürüldü
Bizi izləyin

Qırmızı.az

Moskvada azərbaycanlı jurnalist öldürüldü

Rusiya Daxili İşlər Nazirliyi Moskvanın yay kafelərinin birində silahlı qarşıdurma nəticəsində azərbaycanlı jurnalistin öldürülməsi barədə xəbər yayıb.

ANS PRESS-in məlumatına görə, onun bir nəfər həmkarı isə ağır yaralanıb.

Münaqişə Moskva şəhərinin şimal-şərqində olan kafelərdən birində meydana gəlib. Üç nəfər məlum olmayan səbəblərə görə mübahisə ediblər, sonda onlardan biri silah çıxararaq digər ikisini güllələməyə başlayıb.

Xəbərdə bildirilir ki, ölən azərbaycanlı jurnalist Novqorodun “Diaspora” nəşrinin işçisi olub və həmkarı ilə Moskvada ezamiyyətdə olublar.

Hazırda hüquq mühafizə orqanları cinayətkarın axtarışına çıxıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm