Qəzaya düşən hərbçilərlə bağlı açıqlama - Rəsmi
Bizi izləyin

Qırmızı.az

Qəzaya düşən hərbçilərlə bağlı açıqlama - Rəsmi

yulun 19-da saat 23.40 radələrində Tərtər-Hindarx yolunun Köçərli kəndi ərazisində içərisində hərbi qulluqçular olan minik avtomobili qəzaya uğrayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Əhlimanlı Koroğlu Elman oğluna məxsus "VAZ 2107" markalı avtomobildə idarəetmənin itirilməsi nəticəsində qəza baş verib.

Nəticədə leytenant Əsgərzadə Anar İlham oğlu (19.05.1990-cı il təvəllüdlü, 2008-ci il tarixdə Zaqatala rayonundan hərbi xidmətə çağırılıb) vəfat edib.

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Rəfizadə Nurlan Rəfail oğlu (19.07.1994-cü il təvəllüdlü, 30.04.2014-cü il tarixdə Tərtər rayonundan hərbi xidmətə çağırılıb), müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Əhlimanlı Koroğlu Elman oğlu (17.06.1993-cü il təvəllüdlü, 05.07.2011-ci il tarixdə Tərtər rayonundan hərbi xidmətə çağırılıb), müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Bəylərov Emin Nuqay oğlu (01.02.1992-ci il təvəllüdlü, 30.06.2014-cü il tarixdə Tərtər rayonundan hərbi xidmətə çağırılıb) müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hərbi qulluqçulara ilkin tibbi yardım göstərildikdən sonra onlar hospitala yerləşdiriliblər.

Koroğlu Əhlimanlının vəziyyəti stabil ağır, Nurlan Rəfizadə və Emin Bəylərovun vəziyyəti isə kafi qiymətləndirilir.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən xəsarət alanlara xüsusi tibbi yardım göstərilməsi üçün 1 ədəd müasir tipli reanimobillə Silahlı Qüvvələrin baş neyrocərrahı və reanimatoloqu təcili hadisə yerinə ezam olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm