Uşaq alveri ilə məşğul olan cütlük həbs edildi
Bizi izləyin

Qırmızı.az

Uşaq alveri ilə məşğul olan cütlük həbs edildi

Kolumbiyada uşaq alveri ilə məşğul olan ispaniyalı cütlük həbs edilib.

ANS PRESS-in məlumatına görə, onlar ölkədən satın aldıqları körpəni çıxararkən saxlanılıblar. İspaniyalılar uşağı öz valideynlərindən satın almaqda şübhəli bilinirlər.

Söhbət hava yolu ilə körpə ilə birlikdə Boqota betynəlxalq hava limanından Madridə uçmağa cəhd edən 45 və 42 yaşlı cütlükdən gedir. Onlar uşağı ölkədən çıxarmaq istədikləri zaman körpə xüsusi həblərlə yatızdırılıb.

Hüquq-mühafizə orqanları onların uşağa görə valideynlərinə 18 min avro, 1,2 min avro isə bu işdə onlara yardım edən həkimə ödədiklərini bildirirlər.

İndi ispanlara uşaq alveri maddəsi ilə cinayət işi açılacaq. Eyni ittiham körpənin valideynlərinə də şamil ediləcək. Kolumbiyalı valideynlər və ispan cütlük körpəni satışını internetdə razılaşıblar.

Kolumbiya Miqrasiya Xidməti 2013-cü ildə ölkədən alver məqsədilə 48 uşaq çıxarılmasının qarşısını alıb. 2014-cü ilin birinci yarısında isə 36 belə hal baş verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm