Mənzildə köməksiz qalan xilas edildi
Bizi izləyin

Qırmızı.az

Mənzildə köməksiz qalan xilas edildi

Sumqayıt şəhərində 1 nəfər giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb.

ANS PRESS-in məlumatına görə, FHN-in “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə çoxmərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində yerləşən mənzilə qonşu mənzilin eyvanından enərək daxil olub.

Mənzildə bağlı qapı arxasında qalmış vətəndaş aidiyyəti üzrə təhvil verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm