Sərxoş qadın sürücü avtomobillə birgə hovuza düşdü
Bizi izləyin

Qırmızı.az

Sərxoş qadın sürücü avtomobillə birgə hovuza düşdü

Amerikanın Ohayo ştatının Leykvud şəhərində istirahət günləri kuryoz yol qəzaları baş verib.

ANS PRESS-in məlumatına görə, bazar günü axşam saatlarında yaşayış komplekslərindən birinin sakinləri hovuzun ətrafında özlərini günə verərkən, onların sakitliyini taxta hasarı yarıb keçərək birbaşa hovuza düşən "Jeep" pozub.

Suyun içindəki iki gənc hovuzun digər tərəfində olduqlarından xəsarət almayıblar. Onlardan biri qadın sürücünün köməyinə qaçaraq təhlükəsizlik kəmərini açıb, qadını qapının açıq qalmış pəncərəsindən çölə çıxarıb.

Hovuzun ətrafında dincələnlər darmadağın olmuş hasarın qəlpələrindən kiçik xəsarətlər alıblar. Maşını idarə edən qadın ciddi xəsarət almasa da xəstəxanaya yerləşdirilib.

Polis qadına qarşı sərxoş vəziyyətdə təhlükəli avtomobil idarə etmək ittihamı irəlib sürüb. Belə ki, sonradan məlum olub ki, 46 yaşlı qadın küçədə başqa bir avtomobillə toqquşduqdan sonra idarəetməni itirib və taxta hasarı dağıdaraq kompleksin həyətinə girib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm