Türkiyədə zəlzələ
Bizi izləyin

Qırmızı.az

Türkiyədə zəlzələ

Türkiyənin Samsun şəhərində 4.2 ballıq zəlzələ qeydə alınıb.

ANS PRESS-in məlumatına görə, zəlzələ əsasən Samsunun Bafra mahalında, yerli vaxtla saat 17.07-də 4.2 bal gücündə hiss olunub.

Sakinləri qorxuya salan bu zəlzələdə hər hansı bir can iktisi və binaların zədələnməsi qeydə alınmayıb.

Boğaziçi Universitetinin Kandill Rəsədxanasının məlumatlarına görə, saat 17.07-də baş verən və episentri Qara dənizin Samsun Fənər-Bafra ərazisində olan 4.2 ballıq zəlzələ yerin 15 kilometr dərinliyində meydana gəlib.

Samsunun mərkəzində və Çarşambada da hiss olunan zəlzələdən sonra yerli sakinlər "İki dəfə silkələndik" sözlərini deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm