Gəncədən şad xəbər ...
Bizi izləyin

Qırmızı.az

Gəncədən şad xəbər ...

Gəncədə cari ilin 6 ayında uğurlu göstəricilərə nail olunub. Birinci yarım ilin sosial-iqtisadi inkişafının yekunları onu deməyə əsas verir ki, şəhərdə ilin axırınadək daha yüksək nailiyyətlər qazanılacaq".

ANS PRESS-in məlumatına görə, bu fikirlər Gəncə Şəhər İcra Hakimiyyətində yarım ilin yekunlarına həsr olunmuş hesabat yığıncağında səsləndirilib.

Bildirilib ki, şəhərdə ümumi məhsul istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,7 faiz artaraq 285 milyon manata çatıb. İlin birinci yarısında iqtisadiyyatın və sosial sahələrin dinamik inkişafı davam edliib, şəhərin sənaye müəssisələri tərəfindən istehsal olunan məhsulların həcmi keçən illə müqayisədə 5,1 faiz artıb. Nəticədə 2014-cü ilin birinci yarısında şəhər iqtisadiyyatında çalışan işçilərin orta aylıq əmək haqqı 313,2 manat olub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,9 faiz çoxdur.

Şəhərdə yerli biznes mühitinin inkişafı üçün yaradılmış əlverişli şərait özəl subyektlərdə məhsul istehsalının davamlı artımını təmin edib. Şəhər iqtisadiyyatının inkişafında mühüm rol oynayan və ümumi daxili məhsulun formalaşmasında aparıcı sahələrdən olan tikinti kompleksi şəhər iqtisadiyyatının digər sahələri kimi davamlı inkişaf edib. Beləliklə, 2014-cü ilin birinci yarısında şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütüb maliyyə mənbələrindən əsas kapitala əvvəlki ilin müvafiq dövründəkindən 5,6 faiz çox vəsait yönəldilib.

Diqqətə çatdırılıb ki, əvvəlki aylarda olduğu kimi, cari ilin 6 ayında da şəhərdə abadlıq və quruculuq işləri geniş vüsət alıb. Gəncəlilərin seviimli məkanına çevrilmiş ulu öndər Heydər Əliyevin adını daşıyan parkda 4 min kvadratmetr ərazidə əyləncə mərkəzinin və qış parkının tikintisi davam etdirilib. Dövlətimizin başçısının xeyir-duası ilə təməli qoyulmuş Gəncə Dövlət Filarmoniyasının inşası sürətləndirilib, Gəncə Olimpiya Parkının tikintisi davam etdirilib. Orta əsrlər Azərbaycan memarlığının qiymətli incisi olan “İmamzadə” dini memarlıq kompleksində təmir və ətrafında abadlaşdırma işləri aparılıb. Şəhər təhsil idarəsi, Mərkəzi Bankın Gəncə filialı, eləcə də Kəpəz Rayon Polis İdarəsi üçün yeni inzibati binalar inşa edilib. Bütün bunlardan əlavə, şəhərin ərazisində yerləşən park və xiyabanlar əsaslı şəkildə yenidən qurulub, yeni yaşıllıqlar salınıb.

Yığıncaqda iyunun 10-da şəhərdə baş verən qasırğanın vurduğu ziyanın aradan qaldırılması məqsədilə görülən işlərdən, çomərtəbəli yaşayış binalarının dam örtüyünün dəyişdirilməsindən, təhsil, səhiyyə və mədəniyyət ocaqlarında aparılan təmir-bərpa işlərindən danışıldı, işdə yol verilən nöqsanlar diqqətə çatdırılaraq onların təcili surətdə aradan qaldırılması üçün tapşırıqlar verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm