• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Vəzifəli şəxsin qızına təcavüz edildi

Vəzifəli şəxsin qızına təcavüz edildi

Evə soxulan şəxs 15 yaşlı qızı döyüb, zorla ona təcavüz edib.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə Səbail rayonunda baş verib. Rayon sakini olan 1974-cü il təvəllüdlü Atamoğlanova Turə (bütün ad və soyadlar şərtidir) 8-ci Polis Bölməsinə müraciət edərək, onunla birgə yaşayan qızının təcavüzə məruz qaldığını deyib.

Qadın qeyd edib ki, iyulun 17-də qızı, 15 yaşlı Səkinə evdə tək olarkən Erkin adlı şəxs mənzilə soxulub. Həmin şəxs yeniyetmə qızı döyüb və zorla ona təcavüz edib.

Erkin daha sonra evi tərk edib. T.Atamoğlanova evə qayıtdıqda qızı ona baş verənləri danışıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, polisə şikayət edən qadın Səbail rayonundakı tədris müəssisələrindən birində rəhbər vəzifədə çalışır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR