Qırmızı.az
Məhkəmə Ayrapetyan barədə qərarını verdi
Bir neçə gün əvvəl Moskvada saxlanılan erməni maqnat Levon
Ayrapetyan barəsində məhkəmə öz hökmünü verib.
ANS PRESS-in xəbərinə görə, Moskva Basman məhkəməsi Ayrapetyan
barəsində sentyabrın 15-nə qədər davam edəcək həbs-qətimkan qərarı
verib.
Məhkəmə bu qərarı verərkən, azadlıqda olacağı təqdirdə Ayrapetyanın
nüfuzundan və şəxsi münasibətlərindən istifadə edərək gizlənəcəyi
və məhkəmə şahidləri üzərində təzyiq göstərəcəyi ehtimalını diqqətə
alıb.
Xatırladaq ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX)
əməkdaşları Ayrapetyan iyulun 15-də Monakodan Moskvaya gələrkən
“Domodedovo” hava limanında saxlayıb.
Qeyd edək ki, Ayrapetyana qarşı əməliyyat cinayətkar
qruplaşmalardan birinin fəaliyyəti ilə bağlı istintaq çərçivəsində
həyata keçirilib. Erməni milyarderin bu cinayətkar qruplaşmaya
bağlılığı haqda sabiq senator İqor İzmestyev istintaqa ifadəsində
bildirmişdi.
Levon Ayrapetyan dünyanın ən varlı ermənilərindən sayılır. O,
qondarma erməni soyqırımının dünya miqyasında tanınması üçün
milyonlar ayırıb.
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO