Bakıda bahalı qəza
Bizi izləyin

Qırmızı.az

Bakıda bahalı qəza

Bakının Suraxanı rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. ANS PRESS-in xəbərinə görə, sərxoş sürücünün Günəşli qəsəbəsi Samir Cəfərov küçəsində törətdiyi qəzada 4 avtomobil toqquşub.

Hadisə zamanı “VAZ 2107”-nin sahibi yüksək sürətlə idarə etdiyi maşını əvvəlcə yol kənarında dayanan “Mercedes” maraklı minik maşınına çırpıb. Zərbənin təsiri ilə “Mercedes” qarşısında park edilən “Opel” maraklı digər maşına dəyib. Bundan sonra yoluna davam etmək istəyən “Jiquli”nin sürücüsü, sükana nəzarəti itirib ki, bu da maşının digər “Mercedes” maraklı nəliyyat vasitəsi ilə toqquşması ilə nəticələnib.

Qəza yerinə gələn yol və post patrul xidməti əməkdaşları sərxoş sürücünü bölməyə cəlb ediblər. Bundan sonra qəza yeri müayinə edilib və müvafiq ekspertizalar aparılıb. Maddi ziyanın boyük olduğu qəzanın tək təsəllisi insan itkisinin olmamasıdır. Faktı isə Suraxanı rayon dövlət yol polis şöbəsi araşdıracaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm