“Sədərək” yandı (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

“Sədərək” yandı (YENİLƏNİB)

Fövqəladə hallar Nazirliyi baş vermiş yanğınla bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşlara məxsus ümumi sahəsi 163 kv.m olan 5 mağazanın yanar konstruksiyaları, lambirdən ibarət tavanı və içərisində olan mallar 12 kv.m sahədə yanıb.

Bitişik mağazalar yanğından mühafizə olunub. Yanğın saat 07:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

09:54

Bu gün səhər saat 5:00 radələrində "Sədərək" Ticarət Mərkəzində yanğın olub.

Mağaza sahiblərinin Publika.az-a verdiyi məlumata görə, 1-ci zonada 3-cü sıradan 4-cü sıraya keçiddə yerləşən mağazalarda yanğın olub. Nəticədə, 5 mağaza tamamilə yanıb. Mağaza sahiblərinə külli miqdarda ziyan dəydiyi bildirilir.

Hadisənin qısaqapanma nəticəsində baş verdiyi bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm