Qırmızı.az
Vəzirov: “Bənazir Bhuttonun toyunda iştirak edən yeganə xarici səfir mən oldum”
Sovet Azərbaycanına rəhbərlik etmiş 84 yaşlı eks-diplomat Əbdürrəhman Vəzirov öz siyasi və diplomatik fəaliyyəti ilə bağlı “Mənim diplomatik xidmətim” adlı xatirələr kitabını yazıb. Azərbaycanda ictimaiyyətin geniş nəzərindən yayınan kitabda Ə.Vəzirov öz həyat yoluna işıq salıb və o zamankı sovet rəhbərliyi ilə münasibətlərini, qürbət ölkələrdə səfir kimi çalışarkən keçirdiyi görüşləri, mövcud ictimai-siyasi situasiyanı şərh edib.
Modern.az saytı Azərbaycanın sabiq rəhbərinin xatirələrinin 3-cü və yekun hissəsini ixtisarla təqdim edir.
Pakistana səfir təyinatı...
- Beləliklə, Pakistana səfir təyin olundum. Sovet-Pakistan
münasibətləri ilk növbədə beynəlxalq vəziyyətlə bağlı həmişə gərgin
olub. Müstəqilliyini elan edəndən bəri Pakistan SSRİ-nin
etinasızlığı ilə üzləşmişdi. Bu, ilk bövbədə Pakistanın antisovet
hərbi-siyasi ittifaqlarına üzv olması ilə bağlı idi. Sovet
qoşunlarının Əfqanıstana yeridilməsi ilə isə bu ölkə ilə
münasibətlər düşmənçilik xarakteri aldı.
Katmandudan Moskvaya gəldim və doğma Cənubi Asiya şöbəsində
hesabatımı verdim. Valideynlərimi görmək üçün Bakıya döndüm. Evdə
olarkən Xarici İşlər Nazirliyindən zəng gəldi ki, Moskvaya təcili
dönməliyəm – xarici işlər naziri Andrey Andeyeviç Qromıko ilə
təkbətək görüşüm olmalı idi. Dekabrıln 26-da görüşümüz baş tutdu.
Başqa görüşlərim də oldu.
Heydər Əliyevlə görüş...
- 1984-cü il dekabrın 29-da isə Heydər Əliyevlə görüşdüm. “Sənə
edilən təklif göstərilən böyük etimaddan xəbər verir. Biz bu ölkə
ilə münasibətləri pisləşdirməkdə maraqlı deyilik. Əksinə,
münasibətlərin yaxşılaşmasına çalışmalıyıq. Sən partiya məktəbini
keçən bir müsəlman və regionda amerikalı və çinlilərin
fəaliyyətindən xəbərdar olan diplomat kimi işinin öhdəsindən
gələcəksən. Və sənin yeni təyinatın həm özün üçün, həm də işin üçün
faydalıdır” – Heydər Əliyev o görüşdə mənə dedi.
Xarici səfirlərin qısqanclığı...
- Və nəhayət Pakistana uçuş günü gəlib çatdı. 1985-ci il iyulun
13-ü səhəri mən həyat yoldaşım İrina Konstantinovna və nəvəmlə
birlikdə Kəraçi şəhərinə gəldik. İyulun 17-də artıq mən Pakistan
prezidenti Ziya Ül Həqqə öz etimadnaməmi təqdim etmək üçün
prezident sarayına getdim. Əfqanıstan məsələsi Pakistandakı
fəlaiyyətimdə qırmızı xətt idi.
Təkcə 1988-ci ilin fevral-aprel aylarında mənim Pakistan prezidenti
ilə 30 görüşüm olub. Ziya Ül Həqq deyirdi ki, Çin və Amerika
səfirləri Sovet səfirliyində 3 dəfə nahar edən prezidentin öz əsas
müttəfiqlərinin səfirliyində bir dəfə olsun nahar etməməsindən
narahatçılıqlarını ifadə edirdilər.
Mən Pakistanı tərk etdikdən 3 ay sonra Ziya Ül Həqqin də
göyərtəsində olduğu hərbi nəqliyyat təyyarəsi qəzaya uğradı.
Prezidentlə yanaşı, Amerikanın Pakistandakı səfiri Arnold Raphel və
daha 36 nəfər həlak oldu.
Bənazir Bhuttonun toyuna dəvət...
- Pakistan tarixində əsas yerlərdən birini keçmiş baş nazir Zülfüqar Əli Bhutto tuturdu. İri mülkədarın oğlu, Oksford və Berkli universitetlərini bitirən möhtəşəm orator. Qızları Bənazir və Sənam, oğulları Şah Navaz və Murtaza da yüksək təhsil vermişdi.
Tezliklə, mən Bənazir Bhuttonun toyuna dəvətnamə aldım. Toy 1987-ci il dekabrın 18-də Kəraçidə keçirilirdi. Çox dəbdəbəli və qeyri-adi toy idi. Qəzetlər mənim toyda iştirak edən yeganə xarici ölkə səfiri olduğunu qeyd etməyi unutmadılar.
1988-ci il dekabrın 2-də Bhutto Pakistanın baş naziri
oldu.
Bakıya dönüş və...
- Tezliklə mənim Pakistandakı səfirlik fəaliyyətim də başa çatdı.
Artıq Cenevrə müqaviləsi imzalanmışdı. Əfqanıstandan Sovet
qoşunlarının çıxarılması razılaşdırılmışdı. Belə bir şəraitdə mən
21 may 1988-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsinin I katibi təyin olundum. Gözlənilmədən diplomatik
fəaliyyətim burulğanlı Bakıda partiya işi ilə əvəzləndi.
Ömrü noyu kompromissiz beynəlmiləlçi olan mən yeni vəzifəmdə
millətçilyin baş alıb getməsi ilə qarşılaşdım. Buna
baxmayaraq,1989-cu ilin martından biz Novruz bayramını rəsmi
səviyyədə qeyd etməyə başladıq.
Azərbaycana gəldiyim ilk gündən Qarabağ məsələsini həll etməyə
çalışırdım. Lakin konstitusion yollarla həll edilə biləcək məsələ
millətçi və təxribatçıların səyi nəticəsində millətlərarası
qarşıdurmaya çevrildi...
-
Hadisə09:21
Məktəb binasında yanğın
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO
-
Magazin208:36
Kristofer Nolan cəngavər olacaq, xanımı isə... - FOTO
-
Ekologiya07:17
Bu günə olan hava PROQNOZU - 20 dərəcə isti
-
Magazin206:16
Leonardo Di Kaprio ilə sevgilisi arasında NƏ BAŞ VERİR?
-
Səhiyyə05:15
Ömrü uzadan pəhriz sınaqdan UĞURLA ÇIXDI
-
Avropa03:43
Meqan Markl Keyt Middltonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO