Bakıda vəzifəli qadın qızının namusuna "ilişdi"
Bizi izləyin

Qırmızı.az

Bakıda vəzifəli qadın qızının namusuna "ilişdi"

Səbail rayonunda polis ananın qızının zorlanması ilə bağlı şikayətini araşdırıb. Məlum olub ki, burada söhbət zorlanmadan yox, ananın şəxsi maraqlarından gedir.

Qadın polisə şikayət edib ki, iyulun 17-də qızı evdə tək olarkən Erkin adlı şəxs mənzilə soxularaq onu döyüb və zorla onunla cinsi əlaqədə olub. Səbail Rayon Polis İdarəsindən Milli.az-a bildirilib ki, zorlandığı iddia olunan qız bölməyə dəvət olunub ifadə verib.

Qız bildirib ki, oğlanla bir-birini sevirlər və xeyli müddətdir başqa mənzildə ər-arvad kimi yaşayırlar. Anası isə onların kənarda yaşamasını istəmir və onun evinə qayıtmasını israr edir. Sevgililər isə sərbəst yaşamaq istədiklərindən ananın evinə getmək istəmirlər. Ana isə qızının zorlandığını deyərək, kürəkənindən heyif çıxmaq istəyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm