• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Qaxda uşaq partlayış riski yaratdı

Qaxda uşaq partlayış riski yaratdı

Qaxda yanğın baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, rayonun Cəlayir kəndində qaz balonunun alışaraq yanması ilə bağlı, Qax rayon Yanğından Mühafizə Hissəsinə məlumat daxil olub.


Kənd sakini 52 yaşlı Şükufə Rəşidliyə məxsus yaşayış evinin həyətində qaz balonu anidən alışmağa başlayıb. Məlum olub ki, yanğın baş verən zaman, evdə yalnız Şükufə Rəşidlinin 12 yaşlı oğlu olub. Uşaq qaz balonunun yaxınlığında kağız parçalarını yandırıb. Nasaz vəziyyətdə olan qaz balonu isə alışmağa başlayıb.


Qaz balonunun partlama riski olduğu nəzərə alınaraq, həyətə heç kim buraxılmayıb. Kənd sakinləri yanğın mühafizə hissəsinin əməkdaşları gələnədək, qaz balonuna müdaxilə etməyiblər.


Hadisə yerinə gələn Qax Yanğından Mühafizə Hissəsinin 1 yanğınsöndürən maşını şəxsi heyəti yanğının qarşısını alıblar. Yanğına yerində və tez müdaxilə edildiyindən, baş verə biləcək hansısa bir bədbəxt hadisənin qarşısı alınıb.


Həyətdə olan 95 kvadratmetrlik yaşayış evi və mal tövləsi, yanğından mühafizə olunub.


Faktla bağlı Qax Yanğından Mühafizə Hissəsində araşdırma aparılır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR