• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Oğluma 50 bıçaq zərbəsi vurub aşsüzən elədim” - Atanın etirafı

“Oğluma 50 bıçaq zərbəsi vurub aşsüzən elədim” - Atanın etirafı

Bakının Qobu qəsəbəsində oğluna 50 bıçaq zərbəsi vuraraq onu qətlə yetirən atanın ifadəsi alınıb.

Abşeron rayonu, Qobu qəsəbəsi Məmmədyarov küçəsi 64-də yaşayan 40 yaşlı Eldəniz Məmmədov 14 yaşlı İbrahim Məmmədovu öldürərkən içkili olsa da, baş verənləri belə şərh etdi:

“Evə sərxoş vəziyyətdə gəlmişdim. Bir az da evdə içdim və İbrahimlə mübahisə etdik. Cünki bezdimişdi məni. Gündə bir məktəb dəyişirdi. Yorulmuşdum ondan. Həm də tərbiyəsi yox idi. Oğurluq edirdi. Ona görə tez-tez mübahisələrimiz olurdu. Hadisə baş verən gün də elə ona görə tutub döydüm, sonra da 50 bıçaq zərbəsi vurub, aşsüzən elədim”.

Əməlindən peşman olmayan Eldəniz Məmmədov oğlunu xüsusi amansızlıqla öldürdüyünə görə həbs edilib, barəsində Abşeron rayon prokurorluğunda cinayət işi açılıb.

Qeyd edək ki, E. Məmmədov əvvəllər də məhkumluq həyatı yaşayıb.

Simnarə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR