Bakıda yol polisini vurub qaçdılar
Bizi izləyin

Qırmızı.az

Bakıda yol polisini vurub qaçdılar

Bakının mərkəzində yol polisini maşın vurub. Xidmət zamanı yol polisini vuran maşın elə gəldiyi sürətlə də ərazidən qaçıb.

Hadisə Səbail rayonunda, Zərifə Əliyeva və Rəsul Rza küçələrinin kəsişməsində baş verib. Rayon Polis İdarəsindən verilən məlumata görə, 48 yaşlı Dövlət Yol Polisi İdarəsinin inspektoru Teymur Sonayevi 90 XM 542 dövlət nömrə nişanlı "Hyundai" markalı maşın vurub. Sürücü qəzadan sonra hadisə yerindən uzaqlaşıb.

Yaralı polis əməkdaşı isə Daxili İşlər Nazirliyinin hospitalına yerləşdirilib. Faktla bağlı cinayət işi başlanıb. (milli.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm