Qəbul imtahanında gərgin anlar
Bizi izləyin

Qırmızı.az

Qəbul imtahanında gərgin anlar

Ötən gün Bakıda keçirilən qəbul imtahanlarında 16 nəfərin halı pisləşib. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından ANS PRESS-ə verilən məlumata görə, dünən paytaxtın 21 məktəbində qəbul imtahanı keçirilib.


“Ötən günü saat 09:00-dan saat 12:00-a qədər imtahan keçirilən məktəblərin qarşısında həkim briqadalarımız növbə çəkiblər. İmtahan zamanı 16 nəfər həkimlərimizə müraciət edib. Onlardan 2-i müəllim, 1 nəfər isə valideyndir. Müraciət edənlərdən 13 nəfəri abuturiyentdir. Müraciət edənlərə ilkin tibbi yardım göstərilib və onlar yenidən imtahana gediblər”.


Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) dünən 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.
İmtahanlarda 31326 abituriyentin iştirakı nəzərədə tutulmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm