Güclü külək Samuxun bir neçə kəndini işıqsız qoyub
Bizi izləyin

Qırmızı.az

Güclü külək Samuxun bir neçə kəndini işıqsız qoyub

Ötən gün axşamdan Samuxda müşahidə olunan güclü külək rayonun elektrik təsərrüfatında ciddi fəsadlar törədib.

Kəpəz TV xəbər verir ki, rayon mərkəzi də daxil olmaqla, ondan artıq yaşayış məntəqəsində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılıb. Buna səbəb irigövdəli ağacların aşaraq elektrik naqilləri və dirəklərini yarasız hala salması olub.

Gecə saatlarından başlayaraq rayonun aidiyyəti strukturlarının əməkdaşları fəsadların aradan qaldırılmasına cəlb olunublar və rayon mərkəzi ilə bir neçə kənddə elektrik enerjisinin verilişi bərpa olunub.

Hazırda digər yaşayış məntəqələrində də bu istiqamətdə iş aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm