İmişlidə ağır qəza: bir ailənin üzvləri xəsarət aldı
Bizi izləyin

Qırmızı.az

İmişlidə ağır qəza: bir ailənin üzvləri xəsarət aldı

İmişlidə ağır yol qəzası baş verib.

Publika.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iulun 20-də saat 20 radələrində İmişli rayonu Qaragüvəndikli kəndinin ərazisində rayon sakini Mahir Ənvərlinin idarə etdiyi “Changah” və Şamaxı rayon sakini Şıxməmməd Şıxməmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə, M.Ənvərlinin sərnişinlərindən həmyerlisi Mehriban hadisə yerində ölüb, özü və digər sərnişini, Beyləqan rayon sakini Fərid Nəzərov, habelə Ş.Şıxməmmədov və sərnişinləri, arvadı Sevinc, qızı Aysun və oğlu Ayxan xəstəxanaya yerləşdiriliblər.

İmişli RPŞ tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm