Söyüşə görə dostunu öldürdü
Bizi izləyin

Qırmızı.az

Söyüşə görə dostunu öldürdü

Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığında 20 yaşlı Nurlan Xudiyevi döş qəfəsindən çoxsaylı bıçaq xəsarəti ilə qətlə yetirib meşəlik əraziyə atan şəxsin kimliyi məlum olub.

Sabunçu Rayon Prokurorluğundan Publika.az-a verilən xəbərə görə, hadisədən sonra 9 gün keçirilən əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakini, mərhumun dostu 20 yaşlı Zamin Məcidli tutulub. O, istintaqa ifadə verərək bildirib ki, qətlə yetirdiyi Nurlan Xudiyevlə dost olublar, aralarında isə söyüş üstündə mübahisə duşub: “Məni söydü. Mən də üzərimdə gəzdirdiyim bıçağı ürəyinə soxdum. Sonra bıçağı evin həyətində basdırıb qaçdım”.

Faktla bağlı Zamin Məcidli barəsində Sabunçu rayon prokurorluğunda cinayət işi başlanıb, istintaq davam edir.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm