• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Piyadanın ölümünə səbəb olan sürücü yaxalandı

Piyadanın ölümünə səbəb olan sürücü yaxalandı

Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud şəkildə pozmaqla piyadanın ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücünün müəyyən edilərək məsuliyyətə cəlb edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Publika.Az-a verilən xəbərə görə, Səbail rayon hüquq mühafizə orqanlarının həyata keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində həmin sürücü yaxalanıb.

Belə ki, yanvarın 28-də saat 05 radələrində Səbail rayonunun 20-ci sahə ərazisində naməlum avtomobilin sürücüsü yol hərəkəti qaydalarını pozaraq yolu keçən piyada Əsgərova Fəridə Ağababa qızını vurub hadisə yerindən qaçmış və sonuncu aldığı xəsarətlərdən vəfat etmişdir. Həmin faktla bağlı rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin «VAZ 21061» markalı «44-BB-282» dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Süleymanov Ramil Bağır oğlu tərəfindən törədilməsinə kifayət qədər şübhələr yarandığından o, tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə istintaq davam etdirilir.

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR