• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Nazirlik “Açıq qapı” günü – Vətəndaş forumu keçirib

Nazirlik “Açıq qapı” günü – Vətəndaş forumu keçirib

İyulun 21-də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Bərdə rayonunda bu rayonun və Ağdam, Ağcabədi, Tərtər, İmişli, Sabirabad, Saatlı, Beyləqan, Füzuli rayonlarının işəgötürənlərinin iştirakı ilə əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən (EİS) istifadə qaydalarına dair "Açıq qapı" günü – vətəndaş forumu keçirib.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, Bərdə rayon İH ilə birgə təşkil olunan tədbirdə ƏƏSMN yanında Dövlət Əmək Müfəttişiyi Xidmətinin mütəxəssisləri Azərbaycan Prezidentinin 2014-cü il 3 fevral tarixli Fərmanına əsasən, əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin tətbiq olunmasının əhəmiyyətindən bəhs ediblər.

Qeyd olunub ki, cari ilin 1 iyulundan həyata keçirilən bu islahat tədbiri əmək bazarına, əmək münasibətlərinin rəsmiləşdirilməsinə, nəticə etibarilə əmək hüquqlarının təminatına daha səmərəli və operativ dövlət nəzarəti mexanizminin formalaşmasına xidmət edir. Eyni zamanda, bununla qeyri-leqal əməyin qarşısının alınması, işçilərin gələcək sosial təminat hüquqlarının müdafiəsi, sosial sığorta haqları və vergi daxilolmalarının artırılması üçün əsas yaranacaq.

Bağlanan hər bir əmək müqaviləsi əmək müqaviləsi bildirişi formasında EİS-də qeydiyyatdan keçirildikdən sonra hüquqi qüvvəyə malik olur və əmək müqaviləsi bildirişinin EİS-ə daxil edilməsi "Elektron hökümət" portalı (https://www.e-gov.az) üzərindən gücləndirilmiş elektron imza ilə həyata keçirilir. Bununla bağlı işəgötürənlər arasında geniş məlumatlandırma işləri aparılmaqla yanaşı, onlara bu prosesin həyata keçirilməsində daha yaxından metodiki köməklik göstərilməsi üçün ƏƏSMN tərəfindən respublikanın bütün bölgələrində "Yardımçı masaları" yaradılıb, onların ünvanları, əlaqə nömrələri barədə KİV-lərdə məlumatlar yayımlanıb.

Tədbirdə əmək müqaviləsinin bağlanması, əmək müqaviləsinə dəyişiklik edilməsi və əmək müqaviləsinə xitam verilməsi zamanı bu barədə bildiriş formasının EİS-ə daxil edilməsi əyani şəkildə nümayiş etdirilib, işəgötürənlərə aidiyyatı üzrə praktik bilgilər aşılanıb.

Gücləndirilmiş imza sertifikatlarının necə əldə olunması barədə də işəgötürənlərə məlumat verilib, sistemə daxil edilmiş məlumatların təhlükəsizliyinin təmin olunduğu vurğulanıb. Tədbir işəgötürənlərin suallarının cavablandırılması ilə yekunlaşıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR