İntihar edən yeznə və baldızın sevgi HEKAYƏTİ
Bizi izləyin

Qırmızı.az

İntihar edən yeznə və baldızın sevgi HEKAYƏTİ

Saatlı rayonunda dəhşətli intihar hadisəsinin təfərrüatları məlum olub. Rayonun Məmmədabad kənd sakinləri 17 yaşlı Şəfəq Ağaşovanın və 21 yaşlı Mürşüd Askanovun aralarında sevgi münasibətləri olduğuna görə özlərini meşədə iplə ağacdan asaraq öldürdükləri təsdiqlənib.

Publika.az-ın əldə etdiyi məlumata görə, onlar intihar etməmişdən əvvəl valideynlərinə sms yazıblar. Belə ki, Şəfəq Ağaşova atasının, Mürşüd Askanov isə anasının mobil telefonuna “Bizi bağışlayın, bu vəziyyətdə yaşaya bilmərik. Ən yaxşı seçim bu idi. Gəlib meyitimizi Məmmədabad kəndi yaxınlığındakı meşədən apararsız” sözlərini yazaraq onlara göndəriblər.

Saatlı rayon icra nümayəndəliyinin sözçüsü Şahin Bayramov Publika.az-a bildirdi ki, intihardan əvvəl onların valideynlərinə yazdıqları sms-dən müəyyən olunub ki, Mürşüd Askanovla Şəfəq Ağaşova əvvəlcədən görüşüb, intiharı planlaşdırıblar.

İcra nümayəndəsi onu da əlavə etdi ki, hər iki şəxsin meyitini hadisə yerində əvvəlcə öz valideynləri aşkar ediblər. Cünki səhər 06:00 radələrində həm Şəfəq Ağaşovanın, həm də Mürşüd Askanovun valideynlərinə göndərdikləri sms ailəni təşvişə salıb.

Məmmədabad kəndinin sakinləri hadisədən əvvəl Mürşüd Askanovla Şəfəq Ağaşovanın münasibətləri ilə bağlı hər hansı bir söz-söhbətin gəzib-dolaşmadıgını iddia etsələr də, onların ikisinin də meyitinin meşədə aşkarlanması bəzi versiyaları ortaya qoyub. Sakinlərin bir qismi onların arasında sevgi münasibətlərinin sonradan yarandığını bildirir. Bəziləri isə iddia edir ki, Mürşüd Askanovla Şəfəq Ağaşova əvvəllər sevgili olublar. Lakin münasibətləri baş tutmadığından Mürşüd Askanov acığa məhz Şəfəq Ağaşovanın bacısı ilə ailə qurub. Beləliklə, münasibətləri yenidən bərpa olunub.

Saatlı rayon prokurorluğundan Publika.az-a Mürşüd Askanovla Şəfəq Ağaşovanın yeznə və baldız olduğu təsdiqlənib. Bildirilib ki, M.Askanov Ş.Ağaşovanın böyük bacısı ilə 3 ildir ki, ailəlidir və birgə nikahdan 2 yaşlı övladı var. Şəfəq Ağaşovanın ailəsi onların gizli münasibətləri ilə bağlı şübhəli məqamlara rast gəlmədiklərini deyiblər.

Qeyd edək ki, iyulun 19-da saat 04:00 radələrində yeznə ilə baldızın meyiti rayonun Məmmədabad kəndi ərazisindəki meşədən aşkar edilib. Saatlı rayon prokurorluğunda araşdırmalar davam etdirilir.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm