• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Azərbaycanlılar gecələr Qafana girir - Video

Azərbaycanlılar gecələr Qafana girir - Video

Ermənistanın Qafan rayonunda olmuş rusiyalı bloger Sergey Yevstifeyev Qacaran şəhərinə baş çəkərkən azərbaycanlılar barədə qəribə əhvalatlar eşidib.

Rusiyalı bloger vaxtı ilə azərbaycanlıların yaşadığı Qacaran şəhərindən dağlarla Naxçıvana keçmək istədiyini bildirib. Lakin Qafan sakini David Bağdasaryan bunu məsləhət görməyib və yuxarıda Azərbaycanın hərbi postlarının olduğunu söyləyib. “Səni erməni sayıb ya vurarlar, ya da əsir götürərlər” deyən yaşlı erməni azərbaycanlıların belə sərt davranışının səbəblərini izah edib.

Sən demə, Qarabağ münaqişəsinin ilk illərində bir dəstə gənc erməni dağlara qalxaraq qoyun otaran bir neçə azərbaycanlını öldürür, bir çobanı sağ buraxırlar. Çoban söz verir ki, onlara yeni sürülər gətirəcək. Ertəsi gün erməni gəncləri yenidən dağlara qalxır və bu dəfə sürülərin içindən 10-15 silahlı azərbaycanlı çıxaraq erməniləri öldürür.

David Bağdasaryan həmin vaxtdan azərbaycanlıların Naxçıvan sərhədini çox ciddi qoruduqlarını bildirir. “Onlar bura da gəlirlər. Yolları çox yaxşı tanıyırlar. Necə gəlib-getdiklərini anlaya bilmirik. Onların burda qəbristanlığı var, bəzi qəbirlər dağıdılsa da, bəziləri durur. Gəlib qəbirlərinin üstünə gül qoyurlar. Biz burda yatdığımız zamanı onlar küçələrimizdə gəzirlər, istənilən vaxt bizi öldürə bilərlər, amma bunu etmirlər”,- deyən yaşlı erməni Ermənistanın özünü qorumağa gücü olmadığını vurğulayıb.

ANS

Xəbər lenti

DAHA ÇOX XƏBƏR