Nadir Qafarzadənin "itkin" avtomobili ilə bağlı Yol Polisindən AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

Nadir Qafarzadənin "itkin" avtomobili ilə bağlı Yol Polisindən AÇIQLAMA

10 gündür ki, evinin qarşısında tanımadığı avtomobilin saxlanıldığını, bu səbədən də həyətinə gediş-gəlişə maneə yaratdığını iddia edən Binəqədi rayon sakini Binəqədi Rayon Polis İdarəsinə ərizə ilə müraciət edib.

Şikayətdən sonra polis əməkdaşları 90 BS 777 nömrə nişanlı “LEXSUS - 570” markalı avtomobilin şikayətçinin həyət qapısının önündə saxlanıldığının şahidi olublar. Avtomobil evakuatorla cərimə meydançasına aparılıb. Araşdırmalardan sonra məlum olub ki, qiyməti 100 min manat olan avtomobil tanınmış müğənni Nadir Qafarzadəyə məxsusdur.

Məsələyə münasibət bildirən Bakl Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Vaqif Əsədov sözügedən avtomobilin, həqiqətən də, cərimə meydançasında saxlandığını təsdiqləsə də, bildirib ki, maşının məhz mügənni Nadir Qafarzadəyə məxsus olub-olmadıgı barədə məlumatı yoxdur.

Mügənninin prodüseri Musa mətbuata bildirib ki, o, Nadir Qafarzadənin maşını deyil, müğənninin öz maşını ustadadır. Hətta N. Qafarzadənin özü Azərbaycanda deyil, Türkiyədədir. Bu, yalan söhbətdir. Ola bilər ki, kiminsə maşını olub. Bu təxribatdır, amma biz bu məsələdə yoxuq” deyə prodüser məsələyə aydınlıq gətirib.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm