80 baş heyvan müalicə edilir
Bizi izləyin

Qırmızı.az

80 baş heyvan müalicə edilir

"Hazırda “Nodulyar dermatit” virus xəstəliyi ilə bağlı 80 baş heyvan müalicə altındadır. Cəlilabadda 44, Ağdaşda 6, Biləsuvarda 16, Ucarda 14 baş heyvan bu virusa yoluxub. Qonşu bölgələrdə də monitorinqlərimiz aparılır. Məqsəd vəziyyəti nəzarətdə saxlamaqdır. Xəstəliklə əlaqədar baytarlıq xidməti gücləndirilmiş iş rejimini davam etdirir".

Bu sözləri Publika.az-a açıqlamasında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.

Onun sözlərinə görə, bu xəstəlikdən ölüm halı qeydə alınmasa da, heyvanlarda südün azalması müşahidə edilir. Müalicə edilən heyvanlar təsərrüfatdan təcrid edilib və xəstəlik qeydə alınan hər bir kənd karantindədir:

“Xəstəlik qeydə alınan kəndlərdən digər kəndlərə diri heyvan aparılmaması üçün karantin rejimi tətbiq edilib. Xəstəlik qeydə alınan təsərrüfatlarda dezinfeksiya tədbirləri görülüb. Heyvanlarında bu xəstəliyin əlamətlərini müşahidə edənlər müraciət edir. Mütəxəssislərimiz yerindəcə baxış keçirir, xəstəlik aşkarlandığı halda, müvafiq tədbirlər görülür. Bir həftədir xəstəlik aşkarlanıb və xəstəlik aşkarlanan heyvanların sayı hazırda müalicə alanlardan dəfələrlə çoxdur. Heyvanlar mütəmadi olaraq müalicə edilir və sağalandan sonra südündən, ətindən istifadəyə icazə verilir”.

Y.Xanvəli xəstə heyvanların ətində və südündən istifadənin məsləhət görülmədiyini, lakin sağalandan sonra heç bir təhlükənin qalmadığını dedi:

“Bu virus 60-65 dərəcədə məhv olur, ona görə də həmin heyvanın əti bişirilib yedikdə belə insana zərər vermir. Üstəlik, bu virus heyvandan insana keçmir. Xəstəlik qeydə alınan kəndlərdə karantin rejimi tətbiq edildiyinə görə, onların ətindən Bakı və digər rayonlara gətirilməsi faktı qeydə alınmayıb”.

Xatırladaq ki, “Nodulyar dermatit” xəstəliyi İran, Türkiyə və İraqda yayılıb. Qansoran həşəratlar vasitəsilə yayılan virus qısa zamanda heyvanlar arasında sürətlə yayılır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm