Qırmızı.az
Şagirdinə porno izlətdirən müəllim: "Qıdıqlama oynayırdıq" - ŞOK TƏFƏRRÜAT -
6 yaşlı qıza qarşı cinsi istismarda şübhəli bilinən müəllim həbs edilib.
Teleqraf.com xəbər verir ki, hadisə Türkiyənin İzmir şəhərində baş verib. Belə ki, 20 ildir orta məktəbdə müəllim işləyən 2 uşaq atası A.Ş.-nın 6 məktəbli qıza evində porno izlətdirdiyi ortaya çıxıb. Bununla da kifayətlənməyən müəllim şagirdlərinə qarşı cinsi istismarda da təqsirləndirilir. Polisə müraciət edən qızların valideynləri müəllimin həbsini tələb ediblər. Hüquq-mühafizə orqanları psixoloq müşayəti ilə yaşları 6, 8, 9, 11 olan şagirdlərin ifadəsini alıb. Şagirdlər göz yaşlarına boğularaq ata kimi gördükləri müəllimin onlara şirniyyat verərək aldatdığını və evinə apararaq əllə təcavüz etdiyini deyiblər.
Hadisə ilə bağlı polisə şahid qismində məlumat verən müəllim S.Ö bir neçə dəfə A.Ş.-nı uyğunsuz vəziyyətdə yaxaladığını deyib: "Bir dəfə otağında ayaqları açıq vəziyyətdə rastlaşdım. Stolun altında da iki məktəbli qız var idi. Məni görəndə isə qızlarla qıdıqlama oynadığını dedi. Mənsə daha sonra polisə məlumat verdim". İttihamları qəbul etməyən müəllim isə bütün deyilənlərin böhtan olduğunu bildirib. Faktla bağlı araşdırma davam edir.
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO