Rövşən Lənkəranski ilə Lotu Qulinin adamları arasında dava düşdü
Bizi izləyin

Qırmızı.az

Rövşən Lənkəranski ilə Lotu Qulinin adamları arasında dava düşdü

Bakı Apelyasiya Məhkəməsində iki kriminal avtoritetin adamları arasında dava düşüb.

Teleqraf.com-un xəbərinə görə, hadisə məhkəmənin məhkumlar üçün nəzərdə tutulmuş gözlənmə otağında baş verib. Kriminal aləmin nüfuzlu şəxsi sayılan “Rövşən Lənkəranski” ləqəbi ilə tanınan Rövşən Canıyevin tərəfdarları ilə “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun adamları arasında dava düşüb.

Tərəfləri sakitləşdirə bilməyən konvoylar gözyaşardıcı qazdan istifadə ediblər. Bundan sonra tərəfdarları sakitləşdirmək mümkün olub.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm