Azərbaycanda “Viaqra” fırtınası - ARAŞDIRMA
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda “Viaqra” fırtınası - ARAŞDIRMA

Son illər cinsi aktivliyi artıran dərmanlara tələbat artıb. Bu cür dərmanlardan istifadə edənlərə dünyanın bir çox ölkəsində rast gəlinir. Onların arasında sadə insanlarla yanaşı, tanınmışlar da var. Türkiyədə yaşayan əslən azərbaycanlı müğənni Azər Bülbülün cinsi gücü artıran dərmanlardan istifadə etdiyi üçün dünyasını dəyişdiyi hamıya məlumdur. Ümumiyyətlə, bu tip preparatlardan mütəmadi istifadə xoşagəlməz əks-təsir göstərə bilər. Bunun nəticəsidir ki, həkimlər son vaxtlar açıqlamalarında bildirirlər ki, Azərbaycanda ürək-damar sistemi xəstəlikləri 10-15 il cavanlaşıb.

İnfarkt kişilərdə daha çox 55-65, qadınlarda isə 60-70 yaş arasında baş verir. Kişilər arasında infarkt hallarının artmasına səbəb olan faktorlar sırasında siqaret və spirtli içkilərlə yanaşı cinsi aktivliyi artıran dərmanların da rolunun böyük olduğu bildirilir.

Teleqraf.com-un araşdırmasına görə, Azərbaycanda da bu tipli preparatlardan istifadə edənlərin sayında artım qeydə alınıb. Söhbətləşdiyimiz əczaçılar qeyd edirlər ki, apteklərə müraciət edən kişilər arasında cinsi aktivliyi artıran dərmanlar istəyənlərin sayı artıb.

Aptekdə çalışan kişi əczaçı Daşqın Əliyev “Viaqra” tipli dərmanların daha yaxşı satıldığını deyir. Əczaçı bildirir ki, “Viaqra”nın əvəzedicisi olan “Kamagra 100mg Sildenafil”in daha çox alınır. Bunan səbəb isə dörd ədəd “Kamaqra” 4 AZN olduğu halda, “Viaqra”-nın 1-i 9 manata satılır.

“Hindistan istehsalı olan dərmanın orijinalı “Viaqra”dır. Ciddi əlavə təsirləri olmasa da, ürək xəstələrinə təhlükəlidir. Bu dərman həkim təyinatı ilə qəbul edilsə, daha məqsədəuyğun olar. İmpotensiya ilə əlaqədar olaraq ən çox yaşı 50-dən yuxarı olanlar alır. Ereksiya problemi olan gənclərdə bu dərmana üstünlük verir”.

Digər bir xanım əczaçı məhz “Viaqra”nın deyil, bu sıradan digər dərmanların yaxşı satıldığını deyir.
“Ən çox 35 yaşdan yuxarı olan insanlar alır. Gündəlik çox alınır. “Viaqra” digərlərinə baxanda az alınır. Yəqin ki, bu da qiymətinin baha olması ilə bağlı ola bilər”.

Cinsi istəyi artıran dərmanların orqanizminə hansı müsbət və mənfi cəhətləri vardı?

Uroloq-Androloq Ramiz Abdullayev Teleqraf.com-a açıqlamasında bildirib ki, “Viaqra” tipli dərmanlardan istifadə edənlərdə əsasən kardioloji tərəfdən problemlər yaranır. Androloqun sözlərinə görə, belə insanlarda ürəkdə narahatçılıqlar baş verir.

“Belə dərmanlardan istifadə edənlər daha çox ürək döyüntülərinin artmasından və təzyiqin qalxmasından şikayət edirlər. İndiyə qədər cinsi tərəfdən hər hansı problem yaradacaq xəstə müraciət etməyib. Amma elə xəstələrdə olub ki, müraciətində deyib ki, bu tip preparatlardan istifadə etsə də, elədə effekti olmayıb. Bəzi hallarda bu dərmanların yan təsirləri ola bilər”-deyə R.Abdullayev vurğulayıb.

Bəzi həkimlər isə bildirir ki, “Kamaqra” və ya “Viaqra” tipli dərmanlar cinsi istəyi artırmazlar, ancaq mövcud olan ereksiyanı uzadıb, keyfiyyətini artırırlar. Onlar psixoloji cinsi zəiflikdə çox vaxt, bu cür dərmanları tövsiyə edirlər, çünki onların təsiri sizin özünüzə olan güvəninizi artırır və cinsi əlaqənin keyfiyyətini artırır. Təbii ki, bu dərmanları 4-5 dəfə içmək tövsiyə edilir, hər zaman deyil. 50mg tabletin cinsi əlaqədən 1 saat əvvəl istifadə olunması məsləhət görülür.

Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza şöbəsidə bu barədə mətbuata verdiyi açıqlamalarda “Viaqra” və bu tipli başqa adlarda olan bir neçə dərmanın Azərbaycanda qeydiyyatdan keçdiyini deyib. Bu dərmanlar dövlət qeydiyyatında olduğu üçün Azərbaycanda satışına icazə verilir. Belə ki, ölkəyə idxal olunan bütün dərman preparatları dövlət qeydiyyatına alınır. Dövlət qeydiyyatına alındıqdan sonra, onların Azərbaycan Respublikası ərazisində istifadəsinə və idxalına icazə verilir

Xatırladaq ki, dünyada ən çox satılma üzrə rekord vuran “Viaqra”nı ilk vaxtlar tamamilə başqa məqsədlər üçün ixtira ediblər. Belə ki, bu dərman əslində ürək anginasının müalicəsi üçün işlənilib hazırlanırdı. Dərman ürəyə gedən damarları yumşaldaraq, qan təchizatını artırmalı idi. Lakin sınaqlar zamanı buna nail olunmurdu. Onun istehsalçısı olan “Pfizer” şirkəti az qala növbəti sınaqları dayandıracaqdı. Lakin bu zaman artıq sınaqlarda iştirak etmiş könüllülər şirkətə xəbər verdilər ki, dərmanın başqa, indi hamıya məlum olan effekti var. Dərman hətta impotent kişilərdə də müsbət təsirə malik idi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm