• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

"Girovların məsələsi prezidentin diqqət mərkəzindədir"

"Girovların məsələsi prezidentin diqqət mərkəzindədir"

Bu gün baş nazirin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Deniz Duranla görüşüb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən ANS PRESS-ə verilən xəbərə görə, görüşdə baş nazirin müavini Əli Həsənov BQXK nümayəndəliyinin rəhbərinə Ermənistan tərəfindən girov götürülmüş azərbaycanlıların taleyi ilə bağlı və bu günə qədər onlar haqqında heç bir məlumatın olmamasından Azərbaycan tərəfinin narahatlığını çatdırıb və bildirib ki, bütün bu məsələlər ilk gündən ölkə prezidentinin diqqət mərkəzindədir.

Qeyd olunub ki, həmin şəxslər öz doğma torpaqlarından didərgin düşmüş məcburi köçkünlərdir: “Bu insanların ora getməsinə səbəb həmin insanların vətən həsrəti və eyni zamanda öz doğmalarının məzarlarını ziyarət etməsidir. Bu şəxslər sərhədləri BMT tərəfindən tanınan Azərbaycanın ərazisində işğalçı qüvvələr tərəfindən girov götürülüblər. Onlar heç bir sərhəd pozuntusuna yol verməyib və heç bir beynəlxalq hüquq normasını və prinsiplərini pozmayıblar. Lakin bütün bunlara baxmayaraq, Ermənistan tərəfi həmin şəxslər haqqında həqiqətə uyğun olmayan müxtəlif fikirlər səsləndirir və onların üzərinə diversant və cinayətkar qrup kimi ləkələr yaxaraq onlara münasibətdə “müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında” 1949-cu il Cenevrə Konvensiyasından irəli gələn müddəaları tətbiq etməkdən boyun qaçırır”.

Görüşdə girov götürülmüş şəxslərlə bağlı BQXK-nın fəaliyyətinin daha da gücləndirilməsinin vacibliyi vurğulanıb və bu istiqamətdə intensiv iş aparmağın zəruriliyi diqqətə çatdırılıb.

Qəbulda həmçinin Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Firudun Sadıqov da iştirak edib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR