Keçmiş həyat yoldaşını güllələyən şəxs tutuldu
Bizi izləyin

Qırmızı.az

Keçmiş həyat yoldaşını güllələyən şəxs tutuldu

Keçmiş arvadına odlu silahla yaralamış Ağcabədi sakini yaxalandı.

Daxili İşlər Nazirliyindən Teleqraf.com verilən məlumata görə, yanvarın 28-də Xətai rayonu E.Süleymanov küçəsində Ağcabədi rayon sakini Kənan Qasımov xuliqanlıq zəminində ov tüfəngindən atəş açaraq keçmiş arvadı Naziləyə qol nahiyəsindən xəsarət yetirib.

Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində K.Qasımov tutulub.

Ondan müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.

Faktla əlaqədar cinayət işi açılıb, istintaq aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm