Ali Media Mükafatının laureatlarının adları bəlli oldu (FOTO)
Bizi izləyin

Qırmızı.az

Ali Media Mükafatının laureatlarının adları bəlli oldu (FOTO)

İyulun 21-də Azərbaycan Mətbuat Şurası (MŞ) İdarə Heyətinin iclası keçirilib.

ANS PRESS-in məlumatına görə, sədr Əflatun Amaşov iclasda müzakirəsi tövsiyə olunan məsələlər barədə məlumat verib. İdarə Heyətinin üzvləri müzakirələrdən sonra 4 məsələnin gündəliyə daxil edilməsi razılığına gəliblər.

Əvvəlcə Mətbuat Şurasının sıralarına yeni üzvlərin qəbulu məsələsinə baxılıb. Bu məqsədlə Şuraya müraciət edən KİV-lərin rəhbərlərinə suallar verilib. İdarə Heyətinin üzvləri “Yeni həyat”, “İrəvanın səsi”, “KATV1” qəzetlərinin, “Azərbaycan”, “Azərbaycan məktəbi”, “Günəş” jurnallarının, “AJB.az”, “Strategiya.az” saytlarının və “Yazıçı” nəşriyyatının Mətbuat Şurasının sıralarına qəbul olunması barədə qərarlar çıxarıblar.

Sonra Şuranın Şikayətlər üzrə Komissiyası və “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının rəyləri əsasında qərarlar qəbul olunub. “Kafkaz news” və “Azad Azərbaycan Respublikası” qəzetlərinin adlarının Mətbuat Şurasının “qara siyahı”sına salınması məqsədəuyğun hesab edilib. “Demokratiya.info” saytına və “Poliqon” informasiya agentliyinə (pia.az) ciddi xəbərdarlıq olunub. Daha 3 KİV barədə də ölçü götürülüb. Belə ki, “Azadlıq” və “IV hakimiyyətin səsi” qəzetlərinə, həmçinin Jurnalist Araşdırma Mərkəzinə (jam.az) Şuranın xəbərdarlığı elan olunub.

İclasın sonunda Mətbuat Şurasının Ali Media Mükafatının 2014-cü il üçün laureatlarının adları müəyyənləşdirilib. Mükafatların iyulun 22-də milli mətbuatımızın 139 illiyinə həsr olunmuş mərasimdə təqdimatı qərarlaşdırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm