• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Bəzi saytlar kəlbəcərli girovlar haqqında mənfi rəy yaradır

Bəzi saytlar kəlbəcərli girovlar haqqında mənfi rəy yaradır

Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər rayonu ərazisində erməni silahlı qüvvələri tərəfindən girov götürülən Azərbaycan vətəndaşlarının - Dilqəm Əsgərovun, Şahbaz Quliyevin və Həsən Həsənovun hüquqlarının Müdafiəsi Komitəsi daha bir bəyanat yayıb.

Teleqraf.com xəbər verir ki, bəyanatda girov götürülmüş soydaşlarımızla bağlı mətbuatda və sosial şəbəkələrdə şaiyə xarakterli məlumatların yayılmasından narahatlıq ifadə olunur. Bildirilir ki, son günlər bəzi mətbuat orqanlarında ermənilərin Kəlbəcərdə öz ata-baba yurdunu ziyarətə gedərkən girov götürdüyü Azərbaycan vətəndaşları haqqında həqiqətə uyğun olmayan məlumatlar yayılır. Xüsusilə də bəzi internet mediasında girov soydaşlarımızdan birinin – Dilqəm Əsgərovun guya, narkotika aludəçisi olduğuna dair yalan və iftira dolu “xəbərlər” yer alır. Hətta iyulun 21-də bəzi saytlar bu iddialarında bir qədər də qabağa gedərək Dilqəm Əsgərovin narkotika alverçisi ittihamı ilə nə vaxtsa həbs olunduğu və onun həbsdən qaçdığı bildirilir.

“Bütün bunlar göstərir ki, qorxmazlıq, mərdlik və qəhrəmanlıq nümunəsi göstərərək Kəlbəcərə - öz torpaqlarını ziyarətə gedən və ermənilər tərəfindən girov götürülən soydaşlarımız haqqıında yanlış informasiyaların yayılması heç də təsadüfi deyil və bəzi mətbuat vasitələri bu cür “xəbərlər”i ilə həmin soydaşlarımız barəsində cəmiyyətdə mənfi rəy yaratmaqda maraqlıdırlar. Bu isə Ermənistan hökumətinin dəyirmanına su tökməkdən başqa bir şey deyil. Belə yanlış məlumatlar ermənilərin girov saxladığı Azərbaycan vətəndaşlarının tezliklə azad edilməsi istiqamətində atılan addımların effektini aşağı salır və girov vətəndaşlarımızın taleyi üçün təhlükəni bir qədər də artırır” – deyə, bəyanatda qeyd olunur.

Müdafiə Komitəsinin sədri, araşdırmaçı-jurnalist Elxan Salahov həmkarlarını, mətbuat orqanlarının rəhbərlərini bu məsələlərdə ehtiyatlı olmağa çağırır. O bildirir ki, Müdafiə Komitəsi girov götürülmüş soydadaşlarımız haqqında Azərbaycan mətbuatında dərc olunan məlumatların monitorinqi aparılır: “Girovlarımız barədə yalan və həqiqətə uyğun olmayan “informasiyalar” yayan saytların adları artıq bizə məlumdur və yaxın günlərdə həmin saytların adları ictimaiyyətə açıqlanacaq. Çox təəssüf ki, bu cür yanlış məlumatlar yayan internet mediası arasında geniş oxucu auditoriyası olan ciddi saytlar da var. Əksəriyyəti isə “sarı mətbuat” adlandırdığımız qeyri-ciddi saytlardır. Ancaq istənilən halda, biz bu saytların hamısının adlarını açıqlayacağıq ki, cəmiyyət onların da çirkin fəaliyyətindən xəbərdar olsun. Biz həmin saytların rəhbərliyinə də müraciət edəcəyik ki, girov vətəndaşlarımızın istər keçmişi, istərsə də öz torpaqlarını ziyarətə gedərkən ermənilər tərəfindən girov götürülmələri ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yaymasınlar, öz torpasğını, ev-eşiyini, yaxınlarının məzarlarını ziyarətə getmiş və ermənilər tərəfindən girov götürülmüş soydaşlarımız haqqında mənfi rəy formalaşdırmasınlar”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR