Qırmızı.az
Türk zabitlərinə Bakıda mükafat verildi
Türkiyə Respublikasının Jandarm Qüvvələrinin zabitləri
“Fərman”la təltif olunub.
ANS PRESS-in məlumatına görə, Türkiyə Respublikasının Jandarm
Qüvvələrinin Daxili Qoşunlarda xidməti ezamiyyətdə olan daha bir
heyətinin fəaliyyət müddəti başa çatıb.
Bu münasibətlə daxili işlər nazirinin müavini-Daxili Qoşunların
komandanı, general-mayor Şahin Məmmədov heyətlə görüşüb.
Türkiyəli zabitləri salamlayan general-mayor Ş.Məmmədov xidməti
ezamiyyətini başa vurub qoşunların hərbi hissələrində çalışmış
doqquz nəfərdən ibarət müəllim heyətinə göstərdikləri köməkliyə
görə minnətdarlığını bildirib.
Komandan ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1997-ci il
oktyabrın 31-də Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan
Respublikası Hökuməti arasında imzalanmış protokoldan danışaraq iki
qurum arasındakı sıx əsgəri qardaşlıq münasibətlərinin gündən-günə
dərinləşdiyini vurğulayıb. Ulu öndər Heydər Əliyevin “Bir millət,
iki dövlət” müdrik kəlamını xatırladan Daxili Qoşunların komandanı
qardaş Türkiyə Respublikasının Jandarm Təşkilatının Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına
təlim-tədris sahəsində göstərdiyi köməkliyin bunun bariz nümunəsi
olduğunu nəzərə çatdırıb.
Türkiyəli müəllim heyəti onlara göstərilən diqqətə görə Daxili
Qoşunların komandanına dərin minnətdarlığını ifadə edib.
Xidməti fəaliyyət müddətində qardaş münasibətini hiss etdiklərini
deyən heyət üzvləri Daxili Qoşunlara daima köməklik göstərməyə
hazır olduqlarını bildiriblər.
Görüşdə general-mayor Ş.Məmmədov Jandarm Qüvvələrinin zabitlərini
“Fərman”la mükafatlandırıb.
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO
-
Səhiyyə18 Aprel 22:36
Ürək ritminin pozulmasının YENİ TƏHLÜKƏSİ: Hər beşinci insan...
-
Region18 Aprel 21:48
Türkiyədəki dağıdıcı zəlzələnin görüntüsü yayıldı: yaralılar var - VİDEO