İmişlidə qəza: 1 ölü, 6 yaralı
Bizi izləyin

Qırmızı.az

İmişlidə qəza: 1 ölü, 6 yaralı

İmişlidə ağır yol-nəqliyyat hadisəsi baş verib.

ANS TV-nin məlumatına görə, Hacıqabul-Horadiz avtomobil yolunun İmişli rayonu Qaragüvəndikli kəndindən keçən hissəsində qeydə alınan hadisə zamanı Mahir Ənvərlinin idarə etdiyi “Changan” markalı minik maşını Şıxməmmədov Şıxməmmədin sükan arxasında əyləşdiyi “Mercedes” avtomobili ilə toqquşub.

Toqquşmanın təsirindən hər iki maşın yoldan çıxıb. Qəza zamanı “Changan”da olan sərnişin Mehriban Məmmədova hadisə yerində dünyasını dəyişib. Bundan əlavə 2-si azyaşlı olmaqla 6 nəfər də xəsarət alıb. Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Qəzaya səbəb kimi sərt döngədə sürət həddinin aşması göstərilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm