Qısqanc ər əlini qana batırdı
Bizi izləyin

Qırmızı.az

Qısqanc ər əlini qana batırdı

Paytaxtın Xətai rayonu ərazisində qanlı hadisə baş verib. Hadisə zamanı ər öz həyat yoldaşını qətlə yetirib.

ANS TV-nin Xətai Rayon Polis İdarəsinə istinadən verdiyi məlumata görə, Əhmədli qəsəbəsində qeydə alınan hadisə zamanı 33 yaşlı Elsevər Şükürov həyat yoldaşı 31 yaşlı Rəqsanə Şükürovanı kirayə yaşdıqları mənzilin yaxınlığında ona çoxsaylı bıçaq zərbələri vuraraq qətlə yetirib.

Xətai Rayon Prokurorunun köməkçisi Şəbnəm Məmmədovanın sözlərinə görə, qısqanclıq zəmindən baş vermiş mübahisə zamanı Elsevər Şükürov üzərində gəzdirdiyi bıçaqla həyat yoldaşı Rəqsanə Şükürovanı qətlə yetirib. Hadisədən dərhal sonra Elsevər Şükürov özü polisə təslim olub.

İstintaq zamanı məlum olub ki, ərlə-arvad arasında əvvəllər də dəfələrlə mübahisə olub. Amma 3 gün bundan əvvəl onlar yaşadıqları Masallı rayonundan paytaxta gələrək yenidən birlikdə yaşamağa başlayıblar. Ailənin bu nigahdan olan iki azyaşlı övladları isə rayonda qohumlarının yanında qalıb. Hadisə günü Elsevər və Rəqsanə yenidən mübahisə edib. Bundan sonra evdən çıxan Rəqsanəyə mənzilin yanında çatan Elsevər onu həyatdan məhrum edib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunun müstəntiqi Elçin Musayev tərəfindən Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb.

Hazırda sonu qanlı hadisə ilə bitən ailə münaqişənin təfərrüatları araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm