Azərbaycanda qatar relsdən çıxdı
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda qatar relsdən çıxdı

Tikinti materialları daşıyan qatarın bir neçə vaqonu Hacıqabul rayonunun Muğanlı qəsəbəsində relsdən çıxaraq aşıb

Azərbaycanda yük qatarı relsdən çıxıb.

Anspress-in məlumatına görə, hadisə dəmiryolunun Hacıqabul rayonunun Muğanlı qəsəbəsindən keçən hissəsində baş verib.

Yük qatarının 3-4 vaqonunun relsdən çıxması nəticəsində vaqonlarda olan taxta və şalban kimi inşaat materialları yola dağılıb.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov anspress-ə faktı təsdiqləyib. Onun sözlərinə görə, hadisə ölkə daxilində tikinti materialları, daş daşıyan qatarda qeydə alınıb.

Qurum rəsmisi faktla bağlı daha ətraflı məlumatın veriləcəyini bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm